Bu gün Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov parlamentdə vətəndaşları növbəti dəfə qəbul edib.
Qəbulda sağlamlıqlarındakı müxtəlif problemlərlə bağlı Milli Məclisin Səhiyyə komitəsinə müraciət edən vətəndaşlarla yanaşı, Ə.Əmiraslanovun deputat seçildiyi 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən olan və əsasən sosial problemlərin həllində yardım istəyən seçicilər də iştirak edib.
Qəbul zamanı xəstələrin müalicəsi, koxlear implantasiya, orqan köçürülməsi və s. ilə bağlı müraciətlər olub. Seçicilər isə müxtəlif sosial problemlərlə bağlı şikayətlərini deputata çatdırıblar.
Əhliman Əmiraslanov qəbula gələn vətəndaşları ayrı-ayrılıqda dinləyərək ona ünvanlanan bütün müraciətləri nəzarətdə saxlayacağını və bu məsələlərin həlli istiqamətində müvafiq köməklik göstərəcəyini bildirib.