Ötən gün Parisdə YUNESKO-nin baş direkoru uğrunda səsvermə keçirilib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, namizədlərdən heç biri səs çoxluğu qazana bilməyib. Bu gün səsvermənin növbəti mərhələsinin keçiriləcəyi gözlənilir.
Səsvermədə favoritlər Qətər, Fransa və Misir olub. Azərbaycandan YUNESKO-ya namizəd Polad Bülbüoğlu isə ilk 3-lüyə daxil ola bilməyib.