Modern.az

Sosial şəbəkələrdə “Gəncsən? Başla!” kitabının aksiyası başlayıb

Sosial şəbəkələrdə “Gəncsən? Başla!” kitabının aksiyası başlayıb

Aktual

10 Oktyabr 2017, 16:43

Sosial şəbəkələrdə “Gəncsən? Başla!” kitabının pozitiv simalarından ibarət maraqlı aksiyası başlayıb. 

Modern.az xəbər verir ki, dr., dosent Nadir Adilovun müəllifi olduğu “Gəncsən? Başla!” kitabı ilə bağlı müəllifin sosial şəbəkədəki dostlarına ünvanladığı “Dostum imzam sən ol, simam sən ol!”, “Gəlin gənclərə pozitiv örnəklər verək” müraciətinə maraqlı cavablar gəlib. Cavablar isə pozitiv vərdişləri gənclər üçün örnək olaraq ifadə edən dostların bacarıqlarından ibarət fotoşəkillərdir.

Müəllifin sosial şəbəkədəki dostları #GəncsənBaşla, #Dostumsimamol, #Dostumimzamol haştaqı ilə kitabın PR və Sosial Media Marketinqinə (SMM) dəstək olur. Bu aksiyada əsas məqsəd gənclər üçün faydalı və poztiv məşğuliyyət aşılayan peşələrin təbliğinə təşviq etməkdir.

#GəncsənBaşla, #Dostumsimamol, #Dostumimzamol haştaqları ilə müəllifə sosial media hesablarında dəstək olan dostları eyni zamanda kitabın virtual siması olublar. Simalar arasında Azərbaycanın tanınımış şəxsləri, habelə tələbə və gənclər olub.

Kitabın satışından əldə ediləcək vəsait tələbələrin təhsil haqqı və təqaüdünə yönləndiriləcək. Həmin tələbələr isə müsabiqə yolu ilə seçiləcək. Yaxın günlərdə müsabiqənin şərtləri barədə elan ictimaiyyətə elan olunacaq.

Qeyd edək ki, “Gəncsən? Başla!” kitabı Azərbaycan Universitetinin Elmi Şurasının müvafiq qərarı ilə nəşr edilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər