Modern.az

Türkiyədə Azərbaycanı təhqir edən jurnalistlər məhkəməyə verildi

Türkiyədə Azərbaycanı təhqir edən jurnalistlər məhkəməyə verildi

Aktual

10 Oktyabr 2017, 17:05

Türkiyədə özünü jurnalist kimi təqdim edən Nural Aktaş, Mehtap Tanrıkurt adlı qadınlar sosial şəbəkədə Azərbaycanla baglı  təhqiramiz fikirlər səsləndirib. Qadının iddiasına görə guya Azərbaycanda 20 gün ərzində 20.000 it öldürülüb. Heyvansevər oldugunu bəyan edən Aktaş və dəstəkçiləri azərbaycanlıları təhqir etməkdən də çəkinməyib.

 

Modern.az saytı məsələ ilə Türkiyədə yaşayan jurnalist Məhsəti Şəriflə əlaqə saxlayıb.

 

Xanım jurnalist saytımıza açıqlamasında məsələnin Türkiyədə diqqət mərkəzində olduğunu qeyd edib. 

 

“Bu məsələ 2 gün idi ki, Türkiyədə yaşayan azərbaycanlıları narahat edirdi. Nural Aktaş, Mehtap Tanrıkurt və ona dəstək verən bir qrup şəxs öz Facebook səhifəsində xalqımızla bağlı təhqiredici ifadələr işlətmişdi.

 

Azərbaycanda heyvanların kütləvi şəkildə öldürüldüyü ilə bağlı heç bir fakta əsaslanmayan fikirlər səsləndirən xanımın niyyətinin qaranlıq olduğu bəlli idi. Çünkü doğrudan da heyvan öldürülürsə bununla bağlı çağırışlar fərqli olmalıydı. Təbii ki, bu məsələ qısa zamanda ictimaiyyət arasında yayıldı”.

 

M. Şərif deyib ki,  Türkiyədə olan jurnalistlər, təşkilat rəhbərləri bu məsləyə biganə qalmadı.

 

“Kahramanmaraş Azərbaycan Təhsil, Mədəniyyət və Dayanışma Dərnəyinin rəhbəri Tural Şahbazlı çirkin kampaniya başlayan qadınlarla bağlı məhkəməyə müraciət etdi. Biz məsələni söyüşlə deyil hüquqi müstəvidə həll etmək istəyirik.  Qeyd edim ki, məsələ ilə baglı Azərbaycanın Ankaradakı səfirliyinə məlumat verilib. Səfirlik araşdırma aparır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər