Modern.az

İraq referendumu heç kəslə müzakirə etməyəcək

İraq referendumu heç kəslə müzakirə etməyəcək

11 Oktyabr 2017, 00:30

"Referendumu heç kəslə müzakirə etməyəcəyik və bu, ləğv edilmədən də danışıqlar aparmayacağıq. Hər hansı bir dialoq İraqın birlik və bərabərliyi konstitusiyaya hörmət və referendumun ləğvinə bağlıdır". Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunu İraq Baş naziri Heydər Abadi bildirib.

Baş nazir hazırda da hər hansı danışıqlar aparılmadığını vurğulayıb.

Qeyd edək ki, Bərzani dünən İraq vitse-prezidentləri Nüceyfi və Ayyad Alaui ilə görüşüb. Görüşdə əsas müzakirə mövzusu kürd referendumu olub. Görüşdən az sonra İraq Nazirlər Kabineti bu görüşün rəsmi Bağdadın mövqeyini ifadə etmədiyini bəyan edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər