ATƏT-in baş katibi postuna rəsmi namizəd kimi BMT-nin Kosovo üzrə missiyasının rəhbəri, italiyalı Lamberto Zanner irəli sürülüb. Modern.az “Vesti.ru”-ya istinadən bildirir ki, əgər 10 gün müddətində ATƏT üzvü olan ölkələrdən Zannerin namizədliyinə etiraz edən olmasa, o zaman bu posta onun rəhbərliyi baş tutacaq.
ATƏT-in baş katibinin səlahiyyətləri 3 il müddətinə nəzərədə tutulub. Hazırda bu vəzifəni fransalı diplomat Mark Perren de Brişanbao icra edir. Onun mandatı iyunun 30-da bitir. ATƏT baş katibi postuna həmçinin qurumun Parlament Assambleyasının keçmiş sədri Joua Soareş, Avstriyanın eks-xarici işlər naziri Ursulla Plassnik və türk diplomatı Ersin Erçin namizədliyi irəli sürülüb.