Modern.az

Seçkilərdən sonra 10 yeni nazirlik yaradılacaq

Seçkilərdən sonra 10 yeni nazirlik yaradılacaq

8 İyun 2011, 15:44

Türkiyədə seçkilərdən sonra 10 yeni nazirlik yaradılacaq. Bu barədə Türkiyənin dövlət naziri və baş nazirin köməkçisi Bülənt Arınç məlumat verib.
Modern.az saytının Türkiyə mətbuata istinadən verdiyi xəbərə görə, Bülənt Arınç seçkilərdən sonra yaradılacaq nazirliklərdən bəzilərinin adlarını acıqlayıb.
Gənclər və İdman Nazirliyi, İqtisadiyyat Nazirliyi, İnkişaf Nazirliyi yeni yaradılacaq nazirliklər sırasındadır. 

Türkiyədə yeni parlament seçkisinə sayılı günlər qalıb. 12 iyun tarixində Türkiyə Böyük Millət Məclisinə (TBMM) seçkilər bütün türk dünyasının, o cümlədən Azərbaycanın diqqət mərkəzindədir. Əsas mübarizə baş nazir Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyası (AKP) ilə müxalifət cəbhəsini təmsil edən Kamal Kılıcdaroğlunun Cümhuriyyət Xalq Partiyası (CHP) və Dövlət Bağçalının Milliyətçi Hərəkat Partiyası (MHP) arasında gedir.

Türkiyədə çoxları AKP-nin şəriksiz qalib gələcəyini və Ərdoğanın təkpartiyalı hakimiyyət quracağını ehtimal edir.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular