Modern.az

“Gənc İstedadlar” şagirdləri BDU-da

“Gənc İstedadlar” şagirdləri BDU-da

11 Oktyabr 2017, 17:00

Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən "Gənc istedadlar" liseyinin 5r sinfinin şagirdləri universitetdə olublar.

 

Liseyin təşkilatı işlər üzrə direktor müavini Məleykə Bayramova və sinif rəhbəri Zəhra Qasımovanın rəhbərliyi ilə şagirdlər universitetin muzey, laboratoriya, idman kompleksinə baş çəkiblər.

 

Şagirdlərə 98 illik tarixi olan BDU haqqında məlumat verilib, ümummilli lider Heydər Əliyevin təhsil aldığı universitetin uğurlarından danışılıb. 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər