Modern.az

Dünya Gənclər Bankının rəhbəri BMT-nin konfransına qatılacaq

Dünya Gənclər Bankının rəhbəri BMT-nin konfransına qatılacaq

8 İyun 2011, 16:43

“Dünya Gənclər Bankı Şəbəkəsi” (WYBN)  MDB ölkələri üzrə regional ofisinin rəhbəri Vüsalə Hüseynli Cenevrədə  BMT-nin İqtisadi və Sosial Şurasının  (ECOSOC) Ticarət Komitəsinin konfransında iştirak edəcək.

 Bankın ofisindən Modern.az-a verilən məlumata görə, 13-14 iyunda keçiriləcək konfransda BMT üzvü olan ölkələrin 2011- 2013-cü illər üçün inkişaf prioritetlər müəyyənləşəcək. Bundan əlavə, iyunun 14-də “Cənubi Qafqaz və Qərbi MDB dövlətlərinin iqtisadi inkişafı, nailiyyətləri və çağırışları” mövzusunda sessiya keçiriləcək. Həmin sessiya zamanı ölkələrin iqtisadi inkişafı üçün lazımı elementlər və problemlər müzakirə olunacaq. İki günlük konfrans zamanı Ticarət Komitəsinə ölkələr üzrə, eyni zamanda Azərbaycan üzrə də  nümayəndələrin seçilməsi gözlənilir.

Qeyd edək ki, konfransda BMT üzvü olan ölkələrin hökümə üzvləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər.


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular