Modern.az xəbər verir ki, Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Gənc İstedadlar Liseyinə şagirdlərin növbəti qəbul imtahanı keçirilib. Bir mərhələli qaydada 70 ballıq sistemlə müəyyənləşdirilən imtahanda 800 şagird 60 yer uğrunda bilik səviyyəsini sınayıb.
İmtahan prosesində iştirak edən Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov deyib ki, təhsil ocağına marağın böyük olması ötən 2 ildə lisey məzunlarının ali məktəblərə qəbul imtahanlarında 100 faizlik nəticələr göstərməsidir. Bu göstəriciyə liseyin universitet nəzdində fəaliyyət göstərməsi də təsir edir.
70 test sualının təqdim olunduğu bu ilki imtahanda 60 yer uğrunda 800 şagird mübarizə aparır. 5-ci sinif şagirdləri riyaziyyat və ana dili olmaqla 2 əsas fəndən, 1 köməkçi fənn olmaqla ingilis dilindən test tapşırıqlarını yerinə yetirməli olublar. 2 saat davam edən imtahanın yekunu xüsusi komissiya tərəfindən anonim yoxlama əsasında müəyyənləşdiriləcək və nəticələr 1 həftə sonra açıqlanacaq.
Gənc İstedadlar Liseyi 2007-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə yaradılıb