Modern.az

Ermənilər Xankəndində həmsədrlərlə snayperlərdən danışıblar

Ermənilər Xankəndində həmsədrlərlə snayperlərdən danışıblar

8 İyun 2011, 17:41

ATƏT-in Minsk Qrupunun həmsədrləri bu gün Xankəndində Dağlıq Qarabağda separatçı rejimin rəhbəri Bako Saakyanla görüşüblər. Modern.az erməni internet resurslarına istinadən bildirir ki,  Saakyan cəbhə mövqelərindən snayperlərin çıxarılmasının danışıqlar prorsesinə müsbət təsir göstərəciyini deyib.

Separatçıların rəhbəri qeyd edib ki, bu addım tərəfələr arasında etimadın yaranması üçün mühüm məqam ola bilər. Saakyan həmçinin yenə köhnə bayatını təkrarlayıb. Qeyd edib ki, qondarma qurumun iştirakı olmadan Qarabağ münaqişəsində irəliləyiş əldə etmək olmaz.

Həmsədrlərin münasibəti açıqlanmayıb.

 

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular