Modern.az

Deputatlığa keçmiş namizəd pul üstündə adam öldürüb

Deputatlığa keçmiş namizəd pul üstündə adam öldürüb

8 İyun 2011, 19:05

Bu gün Nəsimi rayonu, 4-cü mikrorayon, Hüseyn Seyidzadə, 2A ünvanında qeydə alınıb. Deputatlığa keçmiş namizəd Nadir Orucov münaqişə zəmində tanışı Rövşən Rüstəmovu güllələyərək qətlə yetirib. Faktla bağlı Nəsimi Rayon Prokurorluğu tərəfindən əməliyyat-istintaq qrupu yaradılıb, araşdırma aparılır. N. Orucov artıq saxlanılıb. (APA)

Nəsimi rayon prokuroru Aqşin Ziyadov  açıqlamasında prokurorluq əməkdaşlarının hadisə yerinə baxış keçirdiklərini, meyitin tibbi ekspertizaya göndərildiyini bildirib.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsindən verilən məlumata görə, ilkin araşdırma nəticəsində Nadir Orucovla tanışı Rövşən Rüstəmov arasında pul üstündə mübahisə baş verdiyi müəyyənləşib. Bundan qəzəblənən Nadir Orucov üzərində olan “Makarov” tipli tapançadan atəş açaraq Rövşən Rüstəmovu öldürüb.

Nadir Oruc oğlu Orucov 2005-ci ildə 9 saylı Binəqədi II, 2010-cu ildə isə 21 saylı Nəsimi I Seçki Dairəsindən deputatlığa namizəd olub. Qulamrza Səbri Təbrizinin rəhbərlik etdiyi Dünya Azərbaycanlıları Konqresi Azərbaycan nümayəndəliyinin rəhbəridir. “Zivər Nadir” MTK İstehsalat Kommersiya firmasının baş direktoru, sahibkardır.

Evlidir, bir övladı var.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular