İctimai Palata bu gün iyunun 19-da aksiya keçirməklə bağlı müraciəti Bakı Şəhər İcra Hakimiyyətinə göndərib. Bu barədə Modern.az –a Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu məlumat verib.
BŞİH-ə müraciətdə göstərilir ki, İctimai Palata növbəti etiraz aksiyasını iyunun 19-da, saat 15.00-dan 17.00-dək paytaxtdakı «Nərimanov» kinoteatrının qarşısında keçirmək barədə qərar qəbul edib.