Modern.az

İyulun 22-nə…

İyulun 22-nə…

Media

8 İyun 2011, 19:29

Oskar Uald deyib: “Hər şeyə qarşı hər kəs sevdiyini öldürər. Kimi bunu sərt baxışıyla edər,  kimi də yüzə gülən bir sözlə, qorxaq adam bunu bir öpüşlə, cəsur adam bir qılıncla”…

Narahat olmayın, dolam-dolaşıq fəlsəfə qırıldatmaq fikrində deyiləm. Hec yazının gırışındəki bu sitatda da söhbətin nədən getdiyini anışdıra bilmirəm. Bu sitatın da bizim yazıya heç bir dəxli yoxdur. Sadəcə savadlı görünmək ücün yazını belə başladım. 

İndi isə başlayaq adam kimi söhbət eləməyə. Əvvəlcə mətbuat günüylə bağlı indidən yazmağımın səbəbləri barədə məlumat verim. Məsələ burasındadır ki, “İyunun 1-nə”, “Nərgizin ad gününə”, “Mayın 21-nə” başlığı ilə yazılacaq yazılar dogulmadan həyatını uşaqlarımın məxsusi mənim əlimdən yemək istədikləri “blinciklərə”, yoldaşımın toya geyinəcəyi köynəyin xüsusı ütüsünə və nəhayət, Avropa Parlamentinin sədri Erji Buzekin caat 6-a planlaşdırılıb, 7-də başlayan mətbuat konfransına bağışladığından, özümə söz vermişəm ki, əlamətdar günlər barədə yazmaq ücün həmin günün yaxınlaşmasını gözləməyəcəm. Vaxt tapan kimi, ürəyimi boşaldacam.

Bir tərəfdən də Modern.az bağlanmaq təhlükəsilə üzləşib. Yeri gəlmişkən, Modern.az-ın bağlanmaq təhlükəsi mənə cox pis təsir edib. Əslində buna da xüsisi bir yazı həsr edəcəkdim. Amma, ya qismət, kim bilir bir də nə vaxt köşə yazmağa vaxt olacaq. Elə bir abzas da bu məsələyə həsr etsəm, hörmətli oxucu günahımdan keçər yəqin.

Modern.az sözün əsl mənasında sıravi jurnalistlərin üz tutduğu ocaq idi. Orada bütün mətbuat nümayəndələri ilə, dostlarımızla virtual olaraq görüşə bilirdik. Əfqanın, Xaqaninin bu saytda olmaları sayta xüsisi bir əhəmiyyət verir. Mətbuata qayıtdığım iki ildə bu sayt şablon cıxmasın, həyatımın bir hissəsinə cevrilmişdi və indi o veb-səhifənin qapanması məndə sentimental hisslər yaradır.

Nə isə... Mətbuat günündən danışırdım axı... Maraqlıdır, mətbuat günü deyəndə necə il öncə həmin gündə Zərdabinin qəbri üstə toplaşmış baş redaktorlar “sülaləsi”, onların o dövrdən bəriki “inkişafları” ilə  mağmın sıravi jurnalistlərin bu günkü durumu gözümün önünə gəlir. O simalar icərisində indi adı-sanı ortalıqda olmayan Emin Eminbəylinin ironik təbəssümü gözümdə canlanır. Ardınca da mətbuatda olduğum illər ərzində o kişiyə diri-diri rəhmət oxutduran  “Adam ya jurnalist olur, ya olmur” deyimi qulaqlarımda səslənir.    

Sonra da xəyaldan ayılıb düşürəm jurnalist olmayanların adam olduğu, adam olmayanların jurnalist olduğu və nəhayət jurnalist olmayan adamların jurnalist olduğu bu günkü “həftəbecər” mətbuatımızın icərisinə və caşıram.

Məsələn, işlədiyim qəzetdən cümlə qura bilmədiyinə görə qovulmuş birinin iki gün öncə saytlardan birində “şedevr yazısı” cıxıb. Necə olub, boş qazana belə saf su hardan gəlib dolub? Yazını redaktor yazıbsa... Beyninin məhsulunu başqasının adına cıxmaqda məqsədi nədir? Anlaya bilmirəm.  

Və ya potensialı ilə prespektivi qətiyyən uyuşmadığına görə kollektivdə ironiya obyekti olan birisinə bir necə ildən sonra o mətbuatın tanınmış simalarından olacaq deyib, sonra da ona bu yolda dəstək olan, bir necə belə adamı konkret olaraq mətbuata sırıyan redaktorun da məqsədi mənə catmır.

Və yaxud bir də görürsən bir necə səhifəlik əlyazmasında “rəsmi olaraq” 150 səhv tapılmış birisi köşə yazıb. Altından da qohum-qonşusu şərh verıb: “Sən dahisən, səndən yoxdu” və sair. Əcəba, bu adam dahidirsə, onda Məmməd Süleymanov, Fəxri Uğurlu, Azər Qaraçənli, Zamin Hacı, Xalid Kazımlı, Gülnarə Rəfiq, Rəsul Mirhəşimli, Xədicə İsmayıl (hərcənd köşə yazmır)... onlar kimdirlər?

Sonra da baxıram redaktor işləyəndə belə həmkarlarından yazılarını redaktə etməyı xahiş edən, yəni bu qədər iddiasız və məsuliyyətli olan kecmiş iş yoldaşlarıma. Hələ də yazıları redaktə olunur: bu dəfə xahişsız. Hərəsi bir tərəfdə muxbir işləyirlər. Eləsı də var, özünə mətbuatda yer tapmır. Elə bir müddət mən də elə olmuşdum. Həmin dövrü “patavatsızların mətbuata axını dövrü” adlandırıram. İndi o “patavatsızların” çoxu oturuşmuş jurnalistlərdir, redaktorlardır. Qarışıblar aramıza. Yəqin ona görə mətbuat gününə həsr olunmuş yazım da belə həftəbecər alındı.

Sonda, Aqil Abbas demiş, xahiş edirəm mənim yazıma hec bir şərh verməyin. Vallahi, yazının “yüksək ədəbiyyat nümunəsi” olması iddiasında deyiləm. Sadəcə, bayram günü yaxanlaşmadan fikirlərimi bölüşməyə mənım də haqqım var deyə düşündüm.            

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi