Modern.az

Gənc qızı piyada keçidində maşın vurdu

Gənc qızı piyada keçidində maşın vurdu

Aktual

13 Oktyabr 2017, 08:46

Ötən gecə Abşeron rayonunun Müşviqabad qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az "Report"a istinadən xəbər verir ki, Şamaxı-Bakı yolu ilə hərəkət edən “99-GC-706” dövlət qeydiyyat nişanlı "Nissan" markalı avtomobili idarə edən Məmmədov Ağaəsgər Ağaibrahim oğlu piyada zolağı ilə hərəkət edən təxminən 20-25 yaşlı qızı vurub.

Sürücü yaralını 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirib. Həkimlər vəziyyəti ağır olduğu üçün onu xəstəxananın Reanimasiya şöbəsinə köçürüblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinə məlumat verilib.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər