Modern.az

AzTV-nin binasının üzərində SSRİ-dən qalma emblem söküləcək

AzTV-nin binasının üzərində SSRİ-dən qalma emblem söküləcək

9 İyun 2011, 11:03

Bu il SSRİ-ni dağılmasının 20 ili tamam olsa da, Bakının bir sıra yerlərində imperiyadan qalma emblemlər hələ də “göz çıxarır”. Bu sıraya AzTV-nin binasının üzərində yerləşən emblem də daxildir.

Məsələyə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Mətbuat xidmətinin rəhbəri Xatirə Qasım münasibət bildirib. O, Modern.az-a açıqlamasında bunun radionun köhnə emblemi olduğunu deyib. X.Qasımın sözlərinə görə, bu emblem yaxın vaxtlarda yeniləşdiriləcək.

“Emblemin yeniləşdirilməsi ilə bağlı göstəriş çoxdan verilib. Amma bu, elə-belə iş deyil ki, tez zamanda bitsin. Məsələ ilə bağlı iş gedir və emblem yaxın vaxtlarda dəyişdiriləcək”.

Aytən ƏLİYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular