Milli Məclisin deputatları Ülvi Quliyev iyunun 10-da, Səttar Möhbalıyev isə iyunun 11-də Türkiyənin paytaxtı Ankaraya səfərə yola düşəcəklər. Deputatlar TürkPA-nın xətti ilə müşahidəçi qismində qardaş ölkədə keçiriləcək Türkiyə Böyük Millət Məclisinə seçkilərin gedişini izləyəcəklər.
Səfər iyunun 13-də başa çatacaq. Məlumat Milli Məclisin mətbuat xidmətindən verilib.
Modern.az