Modern.az xəbər verir ki, 12 dövlət qurumunun komandası arasında keçirilən “Parlament kuboku 2011” futbol turniri sona yaxınlaşır.
Dünən keçirilən Milli Məclis və Xarici İşlər Nazirliyinin komandaları arasındakı oyunda turnirin finalında iştirak edəcək ilk komandanın adı məlum oldu.
Milli Məclisin futbol komandası Xarici İşlər Nazirliyinin komandasını yarımfinalda 3:1 hesabı ilə məğlub edərək finala çıxıb.
Parlament aparatının komandası “Parlament kuboku” uğrunda mübarizəni son oyunda davam etdirmək hüququnu qazanıb.
Beləliklə, final görüşündə Milli Məclisin rəqibi, 10 iyunda Vergilər və Səhiyyə Nazirliklərinin komandaları arasında keçiriləcək ikinci yarımfinal oyunundan sonra məlum olacaq.
Modern.az