Modern.az

Millət vəkili seçiciləri ilə görüşüb (FOTOLAR)

Millət vəkili seçiciləri ilə görüşüb (FOTOLAR)

9 İyun 2011, 12:02

İyun ayında millət vəkili Fuad Muradov Milli Məclisin qəbul otağında 15 nəfər seçicisini qəbul edərək, onları narahat edən məsələlər və problemləri dinləyib. Deputatın qərargahından Modern.az-a verilən məlumata görə, bu görüşədək millət vəkili 15 dekabr 2010-cu il, 18 yanvar 2011-ci il, 03 mart 2011-ci il və  22 aprel 2011-ci il tarixlərində də öz seçicilərini qəbul etmişdi.

Bu qəbulda da seçicilər özlərinin müxtəlif problemləri, şikayətləri ilə müraciət ediblər. Bunlar arasında İcra Hakimiyyətindən sərəncamın alınması, şəxsi ailə məsələləri, mağazanın özəlləşdirilməsi, məişət və kommunal, hüquqi məsələ, mənzil qeydiyyatı və işlə bağlı məsələlər yer alıb.

Seçicilər qəbul edilib dinlənildikdən sonra onların müvafiq ərizələri götürülərək aidiyyatı orqanlara ünvanlanması ilə bağlı millət vəkili öz göstərişlərini verib. Bəzi vətəndaşların problemlərini yerində həll olunması üçün müəyyən tədbirlər görülüb.

Qeyd edək ki, Səbail rayonu 29-cu seçki dairəsindən deputat seçilmiş Fuad Muradov hər ay seçiciləri qəbul edir.








Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular