Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyinin (DƏM) 21 saylı Region üzrə Bölməsinin rəisi Yusif Xəlilov vəzifəsindən azad olunub. Y.Xəlilov bu vəzifədə 3 ilə yaxın çalışıb. Onun əvəzinə Xaqəni Səfərov həmin vəzifənin icrasına başlayıb.
Bundan əlavə sözügedən qurumun Gəncə bölməsinin adı da dəyişib. Əvvəllər 7 saylı DƏM-nin 7 saylı nümayəndəliyi 21 saylı Region üzrə Bölməyə çevirilib.
Xaliq Qurbanov
Gəncə