Modern.az

Hərrac keçiriləcək - Satışa 20 milyon manatlıq istiqraz çıxarılır

Hərrac keçiriləcək - Satışa 20 milyon manatlıq istiqraz çıxarılır

14 Oktyabr 2017, 10:54

Oktyabrın 17-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

 

BFB-dən verilən məlumata görə, istiqrazların ümumi həcmi 20 milyon manat, hər bir istiqrazın nominal dəyəri 100 manatdır.

 

Məlumata görə, istiqrazların tədavül müddəti 182 gündür, ödəmə tarixi 2018-ci ilin aprelin 17-də bitir.

 

Qeyd edək ki, "PAŞA Kapital" QSC anderrayter vəzifəsində çıxış edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər