Rakka şəhəri İŞİD-dən tam azad edilməyib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-ın İŞİD-ə qarşı koalisiyasının sözçüsü Ryan Dillon bildirib.
Ryan Dillon bildirib ki, təxminən 100 İŞİD-çi şəhərdən qaçıb.
ABŞ rəsmisinin sözlərinə görə, qarşıdakı günlərdə də ağır silahlı atışmaların olacağı istisna edilmir.
Ryan Dillon İŞİD-in nə zaman məğlub olacağını deməyin çətin olacağını vurğulayıb.
Qeyd edək ki, Rakkanın tamamən İŞİD-dən azad edildiyi barədə məlumatı “Əl-Ərəbiyə” telekanalı yaymışdı.