Modern.az

Mərakeşdə 11 İŞİD silahlısı tutuldu

Mərakeşdə 11 İŞİD silahlısı tutuldu

Dünya

14 Oktyabr 2017, 22:17

Mərakeşdə İŞİD qruplaşması ilə əlaqədə olan terrorçu özək zərərsizləşdirilib. Modern.az "RİA "Novosti"yə istinadən xəbər verir ki, Mərakeşin təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi əməliyyat zamanı qruplaşmanın 11 silahlısı yaxalanıb. Bununla bağlı əməliyyat Fəs şəhərində qruplaşma rəhbərinin həbsi ilə başa çatıb.

Qeyd edək ki, əməliyyat zamanı xeyli silah-sursat da ələ keçirilib.

Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı