Futzal üzrə UEFA kubokunun əsas mərhələsində mübarizə aparan Naxçıvanın “Araz” klubu bu gün qrupda sonuncu oyununu keçirib. Modern.az xəbər verir ki, təmsilçimiz Rumıniya çempionu “Deva” ilə qarşılaşıb. Oyun 6:3 hesabı ilə rəqibin xeyrinə başa çatıb. Hazırda qrupda ikinci olan Joze Alesionun rəhbərlik etdiyi Azərbaycan komandası elit-raunda vəsiqə qazana bilməyib.
Qeyd edək ki, “Araz” əvvəl keçirdiyi oyunlarda Bosniya və Herseqovinanın “Mostar” komandasına 5:2, Malta çempionu “St Andreus”a isə 6:4 hesabı ilə qalib gəlib.