Modern.az

Daha bir şəhər İŞİD-dən təmizləndi

Daha bir şəhər İŞİD-dən təmizləndi

Aktual

14 Oktyabr 2017, 23:19

Suriya ordusu daha bir şəhəri azad edib. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Suriya ordusu Məyadin şəhərində İŞİD terrorçularının məhv etdirilməsi əməliyyatını başa çatdırıblar.

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib ki, general Həsən Suhəlin komandanlıq etdiyi qüvvələr terrorçuların qızğın müqavimətini qıraraq, şəhəri tamamilə azad ediblər: "Məyadin Suriyanın şərqində terrorçular tərəfindən möhkəmləndirilimiş ən güclü ərazidir. Hazırda Həsən Suhəlin komandanlıq etdiyi ordu birləşməsi Rusiya aviasiyasının dəstəyi ilə hücumu davam etdirir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər