Modern.az

Rusiya Ermənistanı silahlandırmaqla regionda gərginliyin artmasını stimullaşdırır

Rusiya Ermənistanı silahlandırmaqla regionda gərginliyin artmasını stimullaşdırır

Aktual

15 Oktyabr 2017, 13:37

"Rusiyanın Ermənistanı silahlandırması regionda təhlükəsizliyi təhdid edir və gərginliyin daha da artmasını stimullaşdırır". Modern.az xəbər verir ki, bunu "Trend"ə politoloq Fikrət Sadıqov bildirib.

Onun sözlərinə görə, Rusiya Ermənistanı silahlandırmaqla onu özünə güclü forposta çevirmək niyyətində olduğunu ortaya qoyur.

Politoloq hesab edir ki, Rusiyanın Ermənistanı silahlandırması Azərbaycanla olan dostluq, yaxın qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə ziddir.

F.Sadıqov qeyd edib ki, hazırda ATƏT-in Minsk qrupunun həmsədr ölkələri üçün əsas məsələ Azərbaycan torpaqlarının işğaldan azad edilməsi məsələsi olmalıdır.

O, ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiyanın belə məsələlərə ehtiyatla yanaşmasını da vacib sayıb:

“Ermənistan uzun illərdir ki, Azərbaycan torpaqlarını işğal altında saxlayır və Rusiya da bunu çox yaxşı bilir. Belə olan halda, qonşu ölkə vasitəçi olaraq məhz bu istiqamətdə olan addımlarını artırmalıdır. Ermənistan bir sıra dövlətlərə öz ərazi iddialarını dəfələrlə nümayiş etdirib. Düşmən ölkə indi də Azərbaycan, Türkiyə və Gürcüstan torpaqlarına iddialıdır. Təcavüzkar dövlət silahlandırılmamalıdır”.

 

Qeyd edək  ki, 2015-ci il noyabrın 26-da imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb. Ermənistan hökuməti oktyabrın 12-də 100 milyon dollarlıq birinci kredit paketini təsdiq edib.

 

Müqaviləyə əsasən, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə verilir. Bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər