Modern.az

Muşviq Mədətovun bıçaqlanmasına görə saxlanılanlar var

Muşviq Mədətovun bıçaqlanmasına görə saxlanılanlar var

Aktual

15 Oktyabr 2017, 18:01

Hüquq-mühafizə orqanlarının əməkdaşları Azərbaycan prezidenti Mühafizə xidmətinin sabiq əməkdaşı Muşviq Mədətovu və onun dostu Vəli Vəliyevi məsələ aydınlaşdırılana qədər saxlayıblar. Modern.az xəbər verir ki, bu barədə virtualaz.org-a məlumatlı mənbələrdən bildiriblər.

Məlumata görə, Muşviq Mədətovla ona hücum edən insanlar arasında münaqişə olub və onlar beş ay ərzində onunla hesab çəkmək üçün əlverişli fürsət axtarıblar.

Hazırda polis hadisənin araşdırır. Məsələ araşdırılana qədər Muşviq Mədətovun və onun dostu Vəli Vəliyevin saxlanılması barədə qərar qəbul edilib.

Moderator.az-ın məlumatına görə  M.Mədətova silahlı basqın edən şəxslər biznes aləmində tanınmış "Hafka”ləqəbi ilə tanınan Hafiz Məmmədovun mühafizə dəstəsinin üzvləri olub. Artıq Hafiz Məmmədov da hüquq –mühafizə orqanlarının gördüyü tədbirlər nəticəsində həbs edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər