Gəncədə avtomobilin vurub öldürdüyü şəxsin kimliyi məlum olub. Modern.az APA-ya istinadən xəbər verir ki, Samux rayon sakini, 1986-cı il təvəllüdlü Sabir Məmmədov idarə etdiyi “VAZ 2106” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən həmyerlisi, 1979-cu il təvəllüdlü Quliyev Elnur Oqtay oğlunu vurub.
Sürücü xəsarət alan piyadanı xəstəxanaya apararkən o yolda dünyasını dəyişib.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.