Modern.az

Terrorçular nəzarət-buraxılış məntəqəsinə hücum etdi

Terrorçular nəzarət-buraxılış məntəqəsinə hücum etdi

Dünya

16 Oktyabr 2017, 00:29

Misirdə, Sinay yarımadasının şimalında terrorçular nəzarət-buraxılış məntəqəsinə hücum ediblər.

Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hücum nəticəsində güc strukturları arasında ölənlər və yaralananlar olub. Hazırda terrorçuların saxlanılması üçün xüsusi əməliyyat keçirilir.

 

Qeyd edək ki, ötən cümə günü Misirin əl-Ariş şəhərində terrorçuların hücumu nəticəsində 6 hərbçi həlak olub, bir neçəsi isə yaralanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı