Türkiyənin ana müxalifət partiyası olan Cumhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri, millət vəkili Dəniz Baykal reanimasiyaya yerləşdirilib.
Bu haqda Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir.
Məlumata görə, Dəniz Baykal Ankaradakı “İbn Sina” xəstəxanasının reanimasiyasına yerləşdirilib.
Ona yuxarı tənəffüs yollarının sətəlcəmi diaqnozu qoyulub.