Nigeriyada yaşayan yeganə azərbaycanlı,diaspor fəalı Büllurə Bayramova Afrikanın ən varlı adamı Aliko Danqote ilə görüşüb. Bu barədə məlumat verən Büllurə Bayramova Aliko Danqote ilə Laqosun nüfuzlu “Eko” hotelində keçirilən neft-qaz qala gecəsində görüşdüyünü bildirib.
“Görüşdə Azərbaycandan olduğumu bildirdim. Danqote ölkəmiz haqqında məlumata malik olduğunu söylədi. Qarşıda həyata keçirəcəyim planlarla bağlı söhbət etdik. Tədbirdə nüfuzlu şirkət rəhbələri, müxtəlif sahəni təmsil edən şəxslər və Nigeriyanı Neft-Qaz Sənayesi naziri Emmanuel Ibe Kachikvu iştirak edirdi”.
Elnur Eltürk