Modern.az

Azərbaycan milli komandası 23 pillə gerilədi - FİFA reytinqi

Azərbaycan milli komandası 23 pillə gerilədi - FİFA reytinqi

Aktual

16 Oktyabr 2017, 13:29

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Modern.az xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan milli komandası 23 pillə geriləyib. Millimiz 273 xalla 115-ci yerdə qərarlaşıb.

DÇ-2018-in seçmə mərhələsində son oyunlarda Çexiyaya 1:2, Almaniyaya 1:5 hesabı ilə uduzan Azərbaycan yığması böyük xal itkisi ilə üzləşib.  Bu matçlardan sonra xalımız  388-dən 273-ə düşüb.

Qeyd edək ki, siyahıya Almaniya (1631 xal) başçılıq edir. Braziliya  (1619) ikinci, Portuqaliya isə üçüncüdür (1446).

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər