Modern.az

Bakının iki rayonu susuz qaldı

Bakının iki rayonu susuz qaldı

Aktual

17 Oktyabr 2017, 20:16

Paytaxtın iki rayonuna su verilməsində fasilə yaranıb. Modern.az xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Bakının Nərimanov və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilə yaranıb.

Bildirilir ki, buna səbəb 500 mm-lik magistral kəmərdə baş vermiş qəzadır.

Hazırda Bakı Sukanal və Nərimanov Sukanal idarələrinin əməkdaşları hadisə yerində işləyir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər