Modern.az

Adam oğurluqları və zorlamaların üstü 100 faiz açılıb

Adam oğurluqları və zorlamaların üstü 100 faiz açılıb

Aktual

19 Oktyabr 2017, 17:35

Bu ilin 9 ayı ərzində paytaxtda Daxili İşlər Nazirliyi və prokurorluq üzrə 9148 cinayət qeydə alınıb ki, onların da 83,2 faizi (7608-i) az ağır və böyük ictimai təhlükə törətməyən, 16,8 faizi isə (1540-ı) ağır və xüsusilə ağır növlər olub. 2016-cı ilin eyni dövrü ilə müqayisədə ağır və xüsusilə ağır cinayətlər 2,7 faiz, o cümlədən qəsdən adam öldürmə cinayətləri 14,6 faiz azalıb.

Modern.az xəbər verir ki, bu fikirlər Bakı Şəhər Baş Polis İdarəsində 2017-ci ilin 9 ayının yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində səsləndirilib.

Bildirilib ki, cinayətlərin 79,1 faizinin (78,5 faiz), ağır növlərinin 79,1 faizinin (78,1 faiz), qeyri-aşkar şəraitdə baş verənlərin 69,4 faizinin (67,8 faiz) açılması təmin olunub. Şəxsiyyət əleyhinə olan 1316 cinayətdən 94,5 faizi (95,7 faiz), o cümlədən qəsdən adamöldürmələrin 95,5 faizi (98 faiz), adam öldürməyə cəhdlərin 100 faizi (100 faiz), adam oğurluqlarının 100 faizi (50 faiz) və zorlamaların 100 faizi (100 faiz) açılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər