2018-ci ildən elektron imza Azərbaycan vətəndaşları üçün pulsuz olacaq. Modern.az xəbər verir ki, bunu "Trend"ə layihəyə yaxın mənbə bildirib.
Məlumatda qeyd olunur ki, yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi gələn ilin yanvarından başlayacaq.
E-imzanın şəxsiyyət vəsiqələrinə inteqrə olunacağını nəzərə alaraq vətəndaşlar bu imzaları ödənişsiz şəkildə əldə edə bilər: "Yeni vəsiqələrdə elektron imza sertifikatının etibarlılıq müddəti 5 il təşkil edəcək. Bu müddət başa çatdıqdan sonra yalnız sertifikatın müddətini uzatmaq lazım olacaq. E-imzanın şəxsiyyət vəsiqəsinə inteqrə olunması üçün rüsum alınmayacaq".