Modern.az

Azərbaycan atleti Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycan atleti Avropa çempionatında bürünc medal qazanıb

Aktual

19 Oktyabr 2017, 21:36

Albaniyanın Dürres şəhərində keçirilən yaşı 20 və 23-ə qədər gənclər arasında ağır atletika üzrə Avropa çempionatı davam edir. Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) Modern.az-a verilən məlumata görə, yarışda 36 ölkədən 405 atletin (170 qadın və 235 kişi) körpücük üzərinə çıxması gözlənilir.

Turnirdə Azərbaycanın gənclərdən ibarət yığma komandasının üzvləri də iştirak edirlər.

Onlardan daha biri – Hüseyn İsmayılov yaşı 20-yə qədər olan kişilərin 94 kq çəki dərəcəsində medal mübarizəsinə qoşulub. Atletimiz uğurlu çıxışla yadda qalıb.

Hüseyn birdən qaldırma hərəkətində 158 kq-ı ram edib və bu hərəkətdə bürünc medal qazanıb. On səkkiz yaşlı atletimiz təkanla qaldırma hərəkətində 188 kq-ı qaldıraraq bu hərəkətdə 4-cü olub.

Hüseyn İsmayılov toplam 346 kq (158+188) nəticə ilə Avropa çempionatının yekun sıralamasında 3-cü yeri tutub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər