Modern.az

Bakıda avtobusun vurduğu qadın öldü

Bakıda avtobusun vurduğu qadın öldü

Aktual

22 Oktyabr 2017, 11:58

Bakıda marşrut avtobusu ölümlə nəticələnən qəza törədib. Modern.az lent.az-a istinadən xəbər verir ki, Suraxanı rayonu Qum adası qəsəbəsində "Daewoo" markalı, 10 TC 464 dövlət nömrə nişanlı marşrut avtobusu yolu keçməyə çalışan qadını vurub. Ağır xəsarət alan 50-55 yaşlı qadın hadisə yerində ölüb.

 

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər