Modern.az

“Aprel qazisi” adlı sənədli filminin təqdimatı keçirilib

“Aprel qazisi” adlı sənədli filminin təqdimatı keçirilib

23 Oktyabr 2017, 13:08

Beynəlxalq Mətbuat Mərkəzində "İnnovativ media” jurnalistlərin peşəkarlığının artırılmasına dəstək İctimai Birliyi və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələrinin birgə təşkilatçılığı ilə "Aprel qazisi” adlı sənədli filminin təqdimatı keçirilib. 

 

Modern.az xəbər verir ki, Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə keçirilən "Aprel döyüşləri gənc jurnalistlərin gözü ilə” layihəsi çərçivəsində hazırlanan filmdə  Azərbaycan Silahlı Qüvvələrinin 2016-cı ilin aprelində tarixə "Dördgünlük müharibə” kimi düşən döyüşlərdə göstərdiyi şücaətdən bəhs olunur. Qeyd edək ki, adıçəkilən filmdə aprel hadisələrinə nəzər salınmaqla yanaşı, Tərtər istiqamətində  gedən döyüşlərdə iştirak etmiş Azər Məmmədovdan müsahibə alınıb.

 

Filmin qəhrəmanı olan sumqayıtlı qazi Azər Məmmədov Aprel döyüşləri zamanı əsgərlərin inamından, uğurlarından danışmaqla yanaşı, özünün necə qazi olmasından və döyüşdən sonrakı həyatından da bəhs edib.

 

Qeyd edək ki, təqdimatın başlanğıcında filmi birlikdə ərsəyə gətirən layihə rəhbəri Aynur Nəsirova və gənc jurnalistlər Loğman Kamranlı, Hicranə İsmayılova filmin ideyasının necə yaranması, çəkiliş prosesi haqqında jurnalistika fakültəsinin müəllim-tələbə heyətinə və Kütləvi İnformasiya Vasitələrinin nümayəndələrinə məlumat veriblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər