Modern.az

Telefonu alıb aradan çıxmağa cəhd göstərdilər... yaxalandılar

Telefonu alıb aradan çıxmağa cəhd göstərdilər... yaxalandılar

23 Oktyabr 2017, 13:47

Oktyabrın 20-də metronun “Elmlər Akademiyası” stansiyası ərazisində xidmət aparan Metroplitendə Polis Şöbəsinin əməkdaşlarına yaxınlaşan bir gənc 2 naməlum şəxsin mobil telefonunu alaraq qaçdığını bildirib.


Polis əməkdaşları dərhal həmin şəxsləri təqib edərək yaxalayıb və Şöbəyə gətiriblər.  


DİN-in mətbuat xidmətindən Modern.az-a bildirlib ki, araşdırmalarla onların Cəlilabad rayon sakinləri, əvvəllər məhkum olunmuş Kənan Əliyev və Əli Həsrətov olduqları məlum olub.


Müəyyən edilib ki, onlar səhər saat 8.00 radələrində metro stansiyasının qarşısında tələbə Kamran Məmmədzadəyə yaxınlaşıblar və sonuncunun mobil telefonundan zəng etmək üçün konturun olub-olmadığını soruşublar. Onlardan biri kiməsə zəng etmək üçün telefonu alaraq danışmaq adı ilə kənara çəkilib. Kamranın yanındakı ikinci şəxs isə qaçıb aradan çıxmağa çalışıb.


Üzərlərinə baxış zamanı K.Məmmədzadəyə məxsus mobil telefon aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.       

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər