Modern.az

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclası keçirilib

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclası keçirilib

11 İyun 2011, 19:26

İyunun 11-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda bir sıra məsələlər müzakirə edilib. Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Daimi Komitəsinin 17-ci iclasının gələn ilin iyun ayında Bakı şəhərində keçirilməsi məsələsi müzakirə olunub.
Modern.az hakim partiyanın saytına istinadən bildirir ki, YAP-ın sədr müavini – icra katibi Əli Əhmədov deyib ki, Yeni Azərbaycan Partiyası Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Daimi Komitəsinin üzvüdür və bu qurumun Malaziyada keçirilən son toplantısında qərara alınıb ki, növbəti iclas Bakı şəhərində keçirilsin. İdarə Heyətində çıxışlar zamanı bildirilib ki, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri getdikcə genişlənir. Bu gün partiya bir sıra ölkələrin siyasi təşkilatları ilə ikitərəfli əlaqələrə malikdir. Eyni zamanda Avropa Xalqları Partiyası və Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı ilə münasibətləri genişlənməkdədir.
İdarə Heyətində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin fəalları üçün təşkil olunan “Yay məktəbləri”nə hazırlıq məsələləri ətraflı şəkildə müzakirə olunub. Qeyd edilib ki, hər il Yeni Azərbaycan Partiyasının gəncləri üçün “Yay məktəbləri” təşkil olunur. Bu il də partiyanın fəal gənclərinin istirahəti və həmçinin səmərəli vaxt keçirilməsi məqsədi ilə Azərbaycanın bir sıra guşələrində - Qəbələ, Oğuz və Lerikdə belə məktəblər təşkil ediləcək. İdarə Heyətində “Yay məktəbləri”nə hazırlıq işinin gedişi müsbət qiymətləndirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular