“Heç bir vəclə imkan vermək olmaz ki,qardaşlıq münasibətlərimizi korlasınlar”
Azərbaycanda olduğu kimi, Türkiyədə bəzi şüursuz və milli hissiyyətdən uzaq insanlar var. Diaspor fəalı Elnur Eltürk xəbər verir ki, bu sözləri Türkiyənin Erciyes Universitetinin Tarix fakültəsinin elmi işçisi, Yaxın Şərq ölkələri üzrə ekspert Gökhan Bolat bildirib.
“Bunu bilmək lazımdır ki, onların sayı azdır. Türkiyənin 99.9 faizi azərbaycanlı qardaşlarının dərdləri ilə həmdərdirlər. Son dərəcə xahiş edirəm ki, pis örnəklərə bir an olsun aldanıb aramızdakı qardaşlıq əlaqələrinə zərər verməyək. Türkiyə-Azərbaycan iki dövlət, bir millətdir. Bu ifadə bizim inkişafın əsas sütunudur və bunu sarsıtmaq olmaz. Qeyd edim ki, ”Kayserispor”un oyununda əllərində Qarabağ pankartını tutanların əksəriyyəti mənim tələbələrimdir və onlara bu diqqətləri üçün çox təşəkkür edirəm”.