Modern.az

“Yerevan hələ də neandertal təfəkkürdə olduğunu nümayiş etdirir” - Rövşən Rzayev  

“Yerevan hələ də neandertal təfəkkürdə olduğunu nümayiş etdirir” - Rövşən Rzayev  

Aktual

24 Oktyabr 2017, 13:23

Azərbaycan və Etmənistan preizdentlərinin Cenevrə görüşündən dərhal sonra Yerevan rəsmilərindən bəziləri danışıqlar prosesinə növbəti dəfə ciddi zərbə vuran bəyanatlarla çıxış ediblər. Belələrindən biri də özünün diplomatik etikadan tamamilə uzaq açıqlamaları ilə seçilən xarici işlər nazirinin müavini Şavarş Köçəryandır. 

“Ermənistan xarici işlər nazirinin molekullar genetikası ilə məşğul olduğunu iddia edən müavini Şavarş Köçəryan yenə də laboratoriya ilə diplomatiyanın yerini dəyişik salıb”.

Modern.az saytı xəbər verir ki, bu sözləri Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü, millət vəkili Rövşən Rzayev prezidentlərin Cenevrə görüşündən sonra işğalçı ölkə rəsmilərinin Azərbaycana yönəlik ittihamlarına cavab verərəkən bildirib.

R.Rzayev deyib:

“Prezidentlərin Cenevrə görüşündən sonra məsuliyyətsiz davranışı və hərbi təxribatları ilə danışıqları pozmağa cəhd göstərən rəsmi Yerevan hələ də neandertal təfəkkür səviyyəsində olduğunu nümayiş etdirir. Genetika ilə məşğul olan şəxs kimi yəqin ki, Şavarş Köçəryan neandertaldan homesapiensə qədər uzun bir təkamül yolunun olmasının fərqindədir. Yazıq erməni xalqına ki bu uzun təkamül prosesi çərçivəsində qeyri-yetkin və kriminal siyasi rejimin bütün iztirablarına dözməlidir”.   

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi