“Avroviziya”da birinci olarkən səhnəyə türk bayrağı ilə çıxan və Türk dünyasında böyük simpatiya qazanan azərbaycanlı ifaçılar Eldar Qasımovla Nigar Camal bir sıra tədbirlərə qatılmaq üçün Bakıdan Türkiyənin İstanbul şəhərinə gediblər.
Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, Eldar və Nigar İstanbul Atatürk Hava lımanında çiçəklərlə qarşılanıblar.
Eldar və Nigar bir daha "birinci olduqda türk bayrağı ilə podiuma çıxmanız daha əvvəldənmi planlanmışdı, yoxsa əksinə" sualına cavab evrməli olublar.
"Türkiyənin finalda iştirak etməməsinə çox kədərlənmişdik. O səbəblə yarışmada bütün Türk dünyasını təmsil etdiyimizi düşünərək Türk və Azərbaycan bayraqlarıyla səhnəyə çıxdıq. Hörmətli baş nazir Tayyib Ərdoğan da bizi telefonla aradı və “təşəkkürlər!” dedi. Çox xoşbəxt olduq" deyə azərbaycanlı ifaçılar cavab veriblər.
Eldar və Nigar Atatürk Hava lımanında jurnalistlərə deyiblər ki, ilk dəfə Türkiyəyə gəlirlər, İstanbulda qalacaqları 6 gün müddətində müxtəlif televiziya proqramları və fəaliyyətlərə qatılacaqlar.
Nigar Türkiyədəki sənətçilər arasında Tarkan və Rafet Əl Romanı bəyəndiyini ifadə edərkən, Eldar da Sezən Aksu pərəstişkarı olduğunu söyləyib.
Azərbaycanlı sənətçilər daha sonra əllərində Türk və Azərbaycan bayraqlarıyla jurnalistlərə poza verib.
Modern.az