Modern.az

Doktoranturaya qəbulda yenilik olacaq  

Doktoranturaya qəbulda yenilik olacaq   

Aktual

24 Oktyabr 2017, 14:55

Azərbaycanda doktoranturaya qəbulda yenilik olacaq. 

 

Modern.az-ın  məlumata görə, bununla bağlı “Təhsil haqqında” qanunun 23-cü maddəsinə (Doktorantura) dəyişiklik edilir.

 

Dəyişikliyə əsasən, doktoranturaya əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərafdar çıxdığı beynəlxalq müqavilələrlə, “Elm haqqında” Qanuna və bu qanuna uyğun olaraq, habelə ali təhsil müəssisəsi ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında bağlanılan müqavilə əsasında həyata keçirilir.

 

Doktoranturada təhsilini başa vurmuş və müvafiq elmi dərəcə almış şəxslərə müəyyən edilmiş qaydada həmin elmi dərəcəni təsdiq edən vahid formalı dövlət sənədi-diplom verilir.

 

Qanuna dəyişiklik Milli Məclisin oktyabrın 31-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər