Modern.az

Nazir müavini çexiyalı nümayəndələrlə görüşüb

Nazir müavini çexiyalı nümayəndələrlə görüşüb

Aktual

24 Oktyabr 2017, 15:50

Oktyabr ayının 24-də Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Çex Respublikası Senatının sədr müavini Yirji Şestakın rəhbərlik etdiyi nümayəndə heyəti  ilə görüşüb.  

 

Modern.az xəbər verir ki, görüşdə məqsəd Kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin müzakirəsi olub.

 

Nazir müavini İlham Quliyev qonaqları səmimi salamlayaraq Çex Respublikası ilə ölkəmiz arasında kənd təsərrüfatı sahəsində əlaqələrin potensialının artırılmasını məqsədəuyğun hesab edib.

 

 

Nazir müavini İlham Quliyev Azərbaycanda aqrar sahədə həyata keçirilən institusional islahatlar, ölkə başçısının aqrar sahəyə göstərdiyi diqqət və qayğı, hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar, ixracyönümlü sahələr, xüsusilə pambıqçılıq, baramaçılıq, tütünçülük, fındıqçılıq və çayçılığa diqqət yetirildiyi barədə geniş məlumat verib. İlham Quliyev dünyada mövcud olan 11 iqlim tipindən 9-nun Azərbaycanda mövcud olduğunu və ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının ekoloji baxımdan organikliliyini nəzərə çatdırıb. Nazir müavini Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarına Rusiya və MDB məkanında yüksək təlabat olduğunu, Azərbaycan məhsullarının, xüsusilə ölkəmizdə ən müasir istixanalarda istehsal olunan pomidor bitkisinin Rusiya bazarında brend kimi tanındığını qeyd edib.

 

Nazir müavini bildirib ki, Azərbaycan neft ölkəsi olsada, hal-hazırda ölkə başçısı tərəfindən qeyri neft sektorunun inkişafına böyük diqqət yetirir. Bu məqsədlə dövlət tərəfindən strateji proqramlar, regionlarda sərmayə qoyuluşunu genişləndirmək üçün infrastruktur layihələr həyata keçirilir. Nazir müavini həmçinin ölkəmizdə fermer və sahibkarların torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad olunduğunu, gübrələrin 70 faiz, kənd təsərrüfatı texnikalarının 40 faiz güzəştlə verildiyini qonaqların diqqətinə çatdırıb. Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması məqsədilə Göygöl rayonunda ən müasir texnologiyalara uyğun Süni Mayalama Mərkəzinin tikildiyini, hər doğulan buzova görə dövlət tərəfindən 100 manat subsidiya verilməsi barədə məlumat verib.

 

 

İlham Quliyev Azərbaycan Dövlət Aqrar Universiteti ilə Çex Respublikasının müvafiq təhsil müəssisələri ilə kadr hazırlığı, elmi və tələbə mübadiləsinin aparılmasını məqsədəuyğun hesab edib.

 

 

Nazir müavini ölkəmizin milli sərvəti olan Qarabağ və Dilbaz at cinsləri barədə məlumat verərək bu sahədə də əməkdaşlıq üçün imkanların olduğunu diqqətə çatdırıb.

 

İlham Quliyev Çex iş adamlarını hər il ölkəmizdə keçirilən ənənəvi kənd təsərrüfatı sərgisinə dəvət edib.

 

 

Nazir müavini bildirib ki, ölkəmizdə son 4 ildə kənd təsərrüfatı sahəsində böyük bir dönüş yaranıb. Belə görüşlər iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin genişlənməsinə öz töhvəsini verəcək.  

 

Səmimi qəbula görə minnətdarlığını bildirən Yirji Şestak iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin daha da genişlənməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.  

 

Sonra qarşılıqlı maraq doğuran məsələr üzrə geniş fikir mübadiləsi aparılıb.

 

Görüşdə Çexiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka iştirak edib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi