Modern.az

Rafiq Hüseynovun vəziyyəti ağırdır: həkimlər konsilium keçirir

Rafiq Hüseynovun vəziyyəti ağırdır: həkimlər konsilium keçirir

Aktual

24 Oktyabr 2017, 15:58

“Rafiq müəllimin vəziyyəti ağır-stabil olaraq qalır. Nə yaxşılığa, nə də pisliyə doğru dəyişir”.

 

Bunu Modern.az-a açıqlamasında xalq artisti, tanınmış diktor Rafiq Hüseynovun xanımı Səbinə Hüseynli deyib.

 

O bildirib ki, R. Hüseynov hazırda Almaniyadadır.

 

“Ay yarım bundan öncə Rafiq müəllim Türkiyədə əməliyyat olunub. Sadəcə əməliyyatdan sonra vəziyyəti ağır olduğundan Türkiyədə xeyli qalmalı oldu. İndi isə Almaniyadayıq. Reabilitasiya dövrü keçir.

 

Həkimlər konsilium keçirlər və müzakirələr davam edir. Əməliyyat sonrası ağırlaşmalar olduğundan müzakirələr gedir.

 

Hələ ki, dəqiq heç nə demirlər. Sadəcə, uzunmüddətli reabilitasiya lazımdır”.

 

Xatırladaq ki, Rafiq Hüseynov bir neçə ildir ki, onkoloji xəstəlikdən əziyyət çəkir. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər