Modern.az

“Azərbaycan bölgənin söz sahiblərindən biridir”  

“Azərbaycan bölgənin söz sahiblərindən biridir”    

24 Oktyabr 2017, 18:00

“ Prezident İlham Əliyevin İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşünə xüsusi qonaq qismində dəvət olunması Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının nümunəsi olmaqla yanaşı, Azərbaycanın gündən-günə  beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Bu, bir daha onu göstərir ki, Azərbaycan bölgənin, yerləşdiyi regionun və bütövlükdə dünyanın söz, nüfuz sahibi olan ölkələrindən biridir. Azərbaycanın, ölkə Prezidenti cənab İlham Əliyevin mövqeyi, fikri, rəyi ilə hesablaşılır. Bu da təbii ki,  hər birimizi sevindirir, qürurlandırır”.

Bunu Modern.az-a MilliMəclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Prezident İlham Əliyevin İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşünə xüsusi qonaq qismində dəvət olunmasına münasibət bildirərkən  deyib.

 

Komitə sədri bildirib ki, Azərbaycanla Türkiyə arasında əlaqələr hər iki tərəf üçün çox vacib və önəmlidir.

“Hər iki dövlət bütün məsələrdə eyni mövqedən çıxış edir, bir-birinə ciddi dəstək verir. Bu baxımdan,  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevi şəxsən bu tədbirə dəvət etməsi bu həmrəyliyin, bu birgəliyin bariz nümunəsidir”.

 

Deputat qeyd edib ki, İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşü həm də ölkəmizin potensialını və qarşılaşdığı problemləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün yaxşı platformadır.

 “Bu platformaya çox ciddi ehtiyac var və ondan yararlanılmalıdır. Elə məhz bu cür də edilir.  Təsadüfi deyil ki, görüşdə çıxışı zamanı da  Prezident İlham Əliyev bir sıra məsələlərə toxundu, xüsusən də, Azərbaycanın ən əsas problemi olan ərazi bütövlüyü ilə bağlı ölkəmizin mövqeyini səsləndirdi, erməni təcavüzü haqqında, bu təcavüzün törətdyi fəsadlar haqqında görüş iştirakçılarını bir daha məlumatlandırdı. Düşünürəm ki, bu məsələ istiqamətində də həm IX Zirvə görüşünün iştirakçıları, həm də digər dövlətlər Azərbaycanın mövqeyinə diqqətlə yanaşmalıdır və ədalətli mövqedən çıxış etməlidir. Çox güman ki, belə də olacaq. Bunun əksini düşünmək düzgün olmaz”. 

Sizə yeni x var
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi