Modern.az

“Lotu Quli” Qaradağ məhkəməsinin qərarı ilə azadlığa çıxıbmış  

“Lotu Quli” Qaradağ məhkəməsinin qərarı ilə azadlığa çıxıbmış   

24 Oktyabr 2017, 21:04

Həbsdə olan "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifov azadlığa buraxılması ilə bağlı məhkəmə qərarı açıqlanıb.

 

Modern.az-ın məlumatına görə, məhkəmə iclası Qaradağ rayon Məhkəməsinin sədri Sədrəddin Hacıyevin sədrliyi ilə keçirilib.

 

Məhkəmədə Nadir Səlifovun cəzasının çəkilməmiş hissəsindən azad edilməsi barədə vəsatətə baxılıb.

 

Məlumata görə, “Lotu Quli” iclasda iştirak etməyib. Qapalı keçirilən prosesdə vəsatət təmin edilib.

 

Onun qalan cəzası şərti cəza ilə əvəzlənib. Nadir Səlifov bu gün saxlanıldığı cəzaçəkmə müəssisəsindən buraxılıb.

 

Mətbuatda yayılan məlumata görə, “Lotu Quli” hazırda Gürcüstandadır. Lakin bu məlumat rəsmi təsdiqini tapmayıb.

 

Xatırladaq ki, Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub. Onun cəza müddəti 2021-ci ildə başa çatır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi