Modern.az

Ukrayna Miqrasiya Xidməti Saakaşvilinin ölkədən çıxarılması üçün əsasları açıqladı

Ukrayna Miqrasiya Xidməti Saakaşvilinin ölkədən çıxarılması üçün əsasları açıqladı

24 Oktyabr 2017, 22:09

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili özünün Ukrayna ərazisində hüquqi statusunun nizamlanması məsələsinə əhəmiyyət vermir, bu isə onun  ölkədən çıxarılması üçün əsas ola bilər.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Miqrasiya Xidmətinin bəyanatında bildirilir. 

 

Qeyd edək ki, Ukraynanın baş prokuroru Yuri Lutsenko bundan əvvəl Miqrasiya Xidmətinin M.Saakaşviliyə qaçqın statusu verməkdən imtina etdiyini bildirib. 

 

Ukrayna Miqrasiya Xidməti həmçinin M.Saakaşvilinin ona əlavə mühafizə təyin edilməsinə dair müraciətinə imtina cavabı verib. Buna səbəb kimi, müraciətin lazımi qaydada tərtib edilməməsi göstərilib.    

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi