Modern.az

Bakıda “Yaquar” ləqəbli tanınmış kəşfiyyatçı faciəvi şəkildə öldü

Bakıda “Yaquar” ləqəbli tanınmış kəşfiyyatçı faciəvi şəkildə öldü

Aktual

24 Oktyabr 2017, 23:07

Bu gün günorta saatlarında Bakıda ölüm hadisəsi baş verib.

 

Modern.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hadisə Səbail rayonu, “Oksford” məktəbi ilə üzbəüz yerləşən hərbçilərin yaşadığı binada qeydə alınıb.

 

Qarabağ müharibəsi iştirakçısı, II qrup əlil, 1957-ci il təvəllüdlü Hüseynov Əlihüseyn Ələsgər oğlu binanın üstündən yıxılaraq yerə düşüb və hadisə yerindəcə vəfat edib.

 

Onun binanın damına su çənini düzəltmək üçün çıxdığı bildirilir.

 

Qeyd edək ki, Əlihüseyn Hüseynov müharibədə kəşfiyyatçı olub, qəhrəmanlıqlarına görə ona “Yaquar” ləqəbi verilib.

 

Hüseynovun yaşadığı bina Müdafiə Nazirliyinin balansındadır, mənzil ona dövlət tərəfindən verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi